• Fanat
  • 17 İyun 19:11
  •  2 252

Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi finala yüksəlib

Finalda İsayev gürcüstanlı Qoqa Otinaşvili ilə, Dursunov isə türkiyəli Taha Yakup Temellə üz-üzə gələcək

Azərbaycanın daha 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

Aznews.az xəbər verir ki, yarımfinalda 65 kq-da mübarizə aparan İlyas İsayev türkiyəli Fatih Acara 10:2, 110 kq-da çıxış edən Yusif Dursunov isə fransalı Levan Laqvilavaya 10:4 hesabı ilə qalib gəlib. Finalda İsayev gürcüstanlı Qoqa Otinaşvili ilə, Dursunov isə türkiyəli Taha Yakup Temellə üz-üzə gələcək.

80 kq-da yer alan Şəmistan Axundov isə finala gedən yolda macarıstanlı Peter Şombor Şivnovskiyə 0:13 hesabı ilə uduzub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

18:18

Azərbaycanın 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalında erməni rəqiblərinə qalib gəliblər.

"Report"un məlumatına görə, 48 kq-da Vasif Bağırov Saşa Petrosyanı 5:0, 55 kq-da yer alan Camal Abbasov isə Artavazd Harutyunyanı 10:2 hesabı ilə məğlub edərək finala yüksəliblər. Onlar finalda müvafiq olaraq, Fransa təmsilçisi Rasul Qalburayev və ukraynalı İlya Şketiki sınağa çəkəcək.

Qeyd edək ki, bu gün həmçinin 65 kq-da İlyas İsayev, 80 kq-da Şəmistan Axundov və 110 kq-da Yusif Dursunov yarımfinal görüşlərinə çıxacaqlar. Onlar finala gedən yolda müvafiq olaraq, türkiyəli Fatih Acar, macarıstanlı Peter Şombor Şivnovski və fransalı Levan Laqvilava ilə üz-üzə gələcəklər.