"Həyat gözəl olsa da, sürprizlərlə doludur" "Həyat gözəl olsa da, sürprizlərlə doludur"
  • Fanat
  • 31 İyul 2022 20:30
  •  6 353

"Qarabağ"ın legioneri: "Həyat sürprizlərlə doludur"

"Həyat gözəl olsa da, sürprizlərlə doludur"

"Həyat gözəl olsa da, sürprizlərlə doludur".

Aznews.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina özünün instaqram səhifəsində zədəsi ilə bağlı yazıb.

Kolumbiyalı müdafiəçi dəstəyə görə ailəsinə təşəkkürünü bildirib.

29 yaşlı arxa xətt oyunçusu tezliklə yaşıl meydanlara qayıdacağını vurğulayıb.

Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Bakıda Sürix şəhərinin eyniadlı təmsilçisini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.