Sərbəst güləş təmsilçimiz Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb Sərbəst güləş təmsilçimiz Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb
  • Fanat
  • 10 Avqust 2022 18:59
  •  4 338

Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazanıb

Sərbəst güləş təmsilçimiz Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.

Aznews.az xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.

image description