• Fanat
  • 5 Dekabr 2022 11:10
  •  4 887

Peledən səhhəti ilə bağlı açıqlama

Bir müddətdir yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya futbolunun əfsanəsi Pelenin vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Yayılan xəbərlər futbolçunu sevənlər arasında narahatlıq yaradıb. Braziliya mətbuatında çıxan xəbərlərdə Pelenin kimyaterapiyaya reaksiya vermədiyi və reanimasiyaya aparıldığı iddia edilib.

Aznews.az xarici KİV-ə istinadən bildirir ki, Braziliyalı əfsanə səhhəti ilə bağlı sosial media hesabından açıqlama verib:

"Dostlar, mən hamını sakit və pozitiv saxlamaq istəyirəm. Mən güclüyəm, ümidliyəm və adi müalicəmi davam etdirirəm. Mən Allaha inanıram və sizdən aldığım mesajlar mənə enerji verir. Dünya çempionatında Braziliyanı izləməyi unutmayın. Mənə qayğı göstərən həkimlərə və bütün səhiyyə işçilərinə təşəkkürümü bildirirəm.

Qeyd edək ki, Qətərdə keçirilən 2022 DÜNYA Çempionatından Peleyə dəstək mesajları yağır. Fransız ulduz Mbappe dünənki xəbərdən sonra "Kral üçün dua edirəm" paylaşımını edib. Braziliyalı azarkeşlər Kamerun matçında Pele üçün nəhəng pankart açarkən, Qətərdəki bəzi binalar da Pelenin şəkilləri ilə proyeksiya edilib.

Nuray

Aznews.az