- Fanat
- 1 Noyabr 2023 23:59
- 10 534
Mahir Emreli qol vurdu, "Dinamo" mərhələ adladı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya kubokunda 1/8 final oyununa çıxıb.
Aznews.az xəbər verir ki, Zaqreb təmsilçisi "Oriolik"in qonağı olub.
Matç "Dinamo"nun 8:0 hesablı qələbəsi ilə başa çatıb. M.Emreli 62-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub.
"Oriolik" - "Dinamo" (Zaqreb) - 0:8
Qollar: Stubikan, 25, Drnç, 29-pen.40-pen.Bernuer, 45+2, Marin, 54, Mahir Emreli 77, Kulenoviç, 82
Bu qələbə ilə Zaqreb klubu 1/4 finala yüksəlib.