- Fanat
- 3 Dekabr 2023 22:30
- 8 572
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib
![](https://www.aznews.az/storage/2019/11/10/baskent-universitesi-futbol-akademisi-kapak.jpg)
Azərbaycan Premyer Liqasında XV tur davam edir.
"Aznews.az" xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.
Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.
Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.