• Fanat
  • 23 Dekabr 2023 13:20
  •  7 584

Azərbaycan klubu rusiyalı voleybolçusu ilə yollarını ayırıb

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı oyunçusu Anna Balberova ilə yollarını ayırıb.

"Aznews.az" xəbər verir ki, 26 yaşlı voleybolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Buna səbəb onun məşqçilər korpusunun etimadını doğrultmaması göstərilib. Anna Balberova mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, “Gəncə” Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.