• Fanat
  • 24 Dekabr 2023 23:59
  •  8 238

"Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib

Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib.

"Aznews.az" xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma qolsuz başa çatıb.

44 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.