• Fanat
  • 28 Dekabr 2023 18:59
  •  7 105

"Real"ın sabiq qapıçısı karyerasını başa vurub

İspaniyanın "Real" klubunun sabiq qapıçısı Dieqo Lopes karyerasını başa vurub.

"Aznews.az" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 42 yaşında futbolla vidalaşmaq qərarına gəlib.

Yayda "Rayo Valyekano"dan ayrılan oyunçu daha sonra klubsuz qalıb.

Qeyd edək ki, Dieqo Lopes İspaniyada "Vilyarreal", "Sevilya", "Espanyol", İtaliyada "Milan" kimi klubların formasını geyinib. O, 2009-cu ildə Konfederasiyalar Kubokunda İspaniya yığmasının heyətində turnirin bürünc medalını qazanıb. 2013/2014 mövsümündə isə "Real"la Çempionlar Liqasının qalibi olub.