• Fanat
  • 25 Yanvar 19:25
  •  6 187

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Ukrayna Futbol Assosiasiyasının (UFA) Konqresi keçirilib.

Aznews.az xəbər verir ki, tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təyin edilib.

Ukrayna futbol rəsmiləri UFA prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.

"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.