• Fanat
  • 2 Fevral 13:32
  •  6 242

Boliviya millisinin sabiq futbolçusu Meksikada oyun zamanı güllələnib

Boliviya milli futbol komandasının keçmiş üzvü Serxio Jaureqi Meksikada yoldaşlıq oyunu zamanı meydançada güllələnib.

Bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Faciə Kuautla şəhərində baş verib.

Nəşrin qeyd edib ki, 38 yaşlı futbolçu su içmək üçün meydançanın kənarına çıxanda naməlum şəxs ona yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Jaureqi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəzet əlavə edib ki, idmançını güllələyən şəxs motosikletlə qaça bilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu axtarır.

Mövsüm

Aznews.az