• Fanat
  • 4 İyul 20:44
  •  7 784

"Qarabağ" futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub

"Qarabağ" klubunun futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub.

"Aznews.az"in məlumatına görə, tədbirdə oyunçulardan Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.

Klubun fan-şopunda xüsusi aksiya da keçirilib. İmza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə edilib. Qaliblər püşkatma yolu ilə seçilib və hər bir forma "Qarabağ" FK oyunçuları tərəfindən imzalanıb.