- Fanat
- 25 İyul 2024 19:03
- 7 149
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçını keçirib.
Aznews.az xəbər verir ki, Ermənistanla qarşılaşan Evren Alkayanın rəhbərlik etdiyi yığma 68:42 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.