• Fanat
  • 21 Oktyabr 21:15
  •  1 384

Azərbaycan güləşçisi dünya çempionatının qalibi olub

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.

Aznews.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.

Aznews.az