- Fanat
- 30 Oktyabr 20:54
- 1 800
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində çıxış edib
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.
Aznews.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 130 kq çəkini ram etməyi bacarıb.
Təkanla qaldırma hərəkətində 160 kq-ın öhdəsindən gələn atlet toplamda 290 kq nəticə ilə yarışı 7-ci yerdə başa vurub.