- Fanat
- 21:04
- 949
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəlib
Azərbaycanın basketbol klubu "Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununda qələbə qazanıb.
Aznews.az xəbər verir ki, I qrupunda mübarizə aparan "ağ-qaralar" IV turda Polşanın "Trefl" komandasını 92:87 hesabı ilə üstələyib.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.