- Fanat
- 21:12
- 1 780
Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" və "Ordu" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutub.
Aznews.az xəbər verir ki, A qrupunda "Gəncə" səfərinə yollanan "Abşeron Lions" 81:71 hesablı qələbəyə sevinib.
B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.
Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.
Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.