"Sumqayıt"ın əməliyyat olunan futbolçusu mövsümün sonunadək meydana çıxa bilməyəcək

Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçusu Roi Kehat əməliyyat olunub.

Aznews.az xəbər verir ki, Bu barədə klubdan məlumat verilib.

Cərrahi müdaxilə yarımmüdafiəçinin vətəni İsraildə baş tutub.

Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.

O, ən azı mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.