ABŞ İran millisinin futbolçularına viza verdi

2026-cı il FIFA Dünya Kubokunun başlamasına cəmi beş gün qalmış ABŞ İran milli komandasının futbolçularına ölkəyə giriş vizası verib.

Beləliklə, iki ölkə arasında siyasi gərginlik fonunda yaranmış və İran millisinin turnirdə iştirakı ilə bağlı suallar doğuran viza böhranı həll olunub.

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrack məsələ ilə bağlı açıqlamasında viza prosesinin uğurla tamamlandığını bildirib.

Onun sözlərinə görə, ABŞ-nin Ankaradakı səfirliyinin əməkdaşları bu prosesin başa çatdırılması üçün intensiv fəaliyyət göstəriblər.

Qərarın qəbul edilməsi ilə İran millisinin Dünya Kubokunda iştirakı ilə bağlı qeyri-müəyyənlik böyük ölçüdə aradan qalxıb.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundiala hazırlıqlar isə davam edir.

Mövsüm,

AzNews.az