- İşin içi
- 11:35
- 1 312
Apreldə çiyələk ixracı 5 dəfə artıb
Bu ilin aprel ayında Azərbaycandan xarici bazarlara 11.1 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.
AzNews.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin aprel ayı ilə müqayisədə 5 dəfə artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə 2.2 milyon ABŞ dollarlıq çiyələk ixrac edilmişdi.
Xatırladaq ki, cari ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.