- Türkiyə
- 12:09
- 1 756
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - Video
Türkiyənin paytaxtı Ankarada həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evlərinin pəncərəsinə çıxıb və ətrafdakı insanlara hədə-qorxu gəlib.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara polisinin keçirdiyi əməliyyat çərçivəsində azyaşlı xilas edilib, şübhəli şəxs isə güllələnərək zərərsizləşdirilib.