"Bu gün cənab prezidentin ümid qapısı birbaşa insanların olduğu yerdə açılır". "Bu gün cənab prezidentin ümid qapısı birbaşa insanların olduğu yerdə açılır".
  • Flash
  • 7 Mart 2019 12:39
  •  5 261

Dövlət başçısı insanların ümid yeridir - Deputat

"Bu gün cənab prezidentin ümid qapısı birbaşa insanların olduğu yerdə açılır".

“Prezident İlham Əliyev seçildiyi zaman xalq qarşısında verdiyi vədləri bu gün icra edir. Dövlət başçısı insanların ümid yeridir. Ayrı-ayrı strukturlar, məmurlar müəyyən məqamda hansısa qüsura, nöqsana yol verərsə, laqeydlik göstərərsə, insanların son ümid yeri yenə də dövlət başçısı olur”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli dedi.

O, Prezident İlham Əliyevin Ağsu rayon sakinləri ilə görüşünü, onlarla səmimi söhbətini və Ağsu sakinlərinin ərizələrini şəxsən özü qəbul etməsini şərh edərkən bildirdi:

"İnsanlar ümidlərini itirmirlər, bilirlər ki, hər hansı bir məsələ prezidentə çatdırılsa, dərhal həll oluna bilər. Bu gün təkcə adi vətəndaşların deyil, hansısa bir alimin, ziyalının hüquqları pozulursa, onların hər biri konkret bir ünvan bilir. Bu ünvan dövlət başçısıdır. Bir çox hallarda dövlət başçısının ünvanına məktub, ərizə və şikayətlər göndərilir. Bunları bəzən onun özünə çatdırırlar, bəzən yayındırırlar və s. Amma bu gün cənab prezidentin ümid qapısı birbaşa insanların olduğu yerdə açılır. O qapı insanların üzünə açılır və onlar o qapıdan rahat girirlər. Biri var, hansısa bir ünvana gedib çox çətinliklə o qapını açasan, biri də var artıq qapı insanların yanına gəlib. Mən cənab prezdentin insanlarla səmimi görüşünü, onların məktublarını şəxsən özü qəbul etməsini məhz belə başa düşürəm. Çox təqdirəlayiq bir hərəkətdir”.

F.İbrahimli vurğuladı ki, xalqla dövlət arasındakı münasibətlər müstəqilliyin taleyini həll edən məsələdir. Hakimiyyətlə xalq arasındakı birlik müstəqilliyin əbədi qalmasına xidmət edən amildir:

“İki tərəf ayrılıqda olarsa, bu, ümumilikdə millətin, ayrılıqda hər bir insanın faciəsi olar. Ona görə də mən dövlət başçısının bu hərəkətlərini onun iş üslubunda yeni bir addım kimi qiymətləndirirəm”.

Elgün
AzNews.az