“Bu ilin əvvəlindən əhalinin 4,2 milyon nəfərini əhatə edən sosial islahat paketləri reallaşdırılıb. Bu islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb. Onun bir hissəsi xərclənib, bir hissəsi ilin sonuna qədər istifadə ediləcək” “Bu ilin əvvəlindən əhalinin 4,2 milyon nəfərini əhatə edən sosial islahat paketləri reallaşdırılıb. Bu islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb. Onun bir hissəsi xərclənib, bir hissəsi ilin sonuna qədər istifadə ediləcək”
  • Flash
  • 1 Avqust 2019 23:19
  •  5 807

Sosial islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb

“Bu ilin əvvəlindən əhalinin 4,2 milyon nəfərini əhatə edən sosial islahat paketləri reallaşdırılıb. Bu islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb. Onun bir hissəsi xərclənib, bir hissəsi ilin sonuna qədər istifadə ediləcək”

Bunu birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, gələn il üçün bu rəqəm 3 mlrd. manata yaxın olacaq: “Həm minimum əmək haqlarının, həm də minimum pensiyaların artırılması nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti paritetinə görə bu gün MDB məkanında müvafiq olaraq 2-ci və birinci yerlərə çıxıb. Bu ölkənin tamamilə sosial rifah səviyyəsinin tamamilə yeni bir keyfiyyət səviyyəsinə çatdığını göstərir”.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, son iki ayda DOST mərkəzi 15 mindən çox vətəndaşa xidmət göstərib və məmnunluq səviyyəsi 93%-dən çoxdur. (Report)