O, Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib O, Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib
  • Flash
  • 5 Mart 2020 07:09
  •  6 428

Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

O, Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib

Keçmiş icra başçısı Akif Səlimovun oğlu vəzifəyə təyin edilib.

AzNews.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Səlim Səlimov Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, Səlim Akif oğlu Səlimov ötən ilin dekabr ayında Vilayət Eyvazovun əmri ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Xatırladaq ki, Səlim Səlimovun atası Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.