“Bunun tək bir adı və qiyməti var - cahillik!” “Bunun tək bir adı və qiyməti var - cahillik!”
  • Flash
  • 8 İyun 2020 12:40
  •  9 688

Əli Həsənovdan Azərbaycan polisinə dəstək statusu

“Bunun tək bir adı və qiyməti var - cahillik!”

“Bir neçə aydır ki, Azərbaycanda da pandemiya əleyhinə karantin rejiminə dövlət nəzarətini həyata keçirən polislər öz həyatlarını təhlükə altına ataraq cəmiyyət həyatının rahatlığını, ictimai asayişi və vətəndaşlarımızın sağlamlığını mühafizə edirlər. Haqq və ədalətlə qiymət versək öz işlərinin öhdəsindən kifayət qədər layiqincə və peşəkarcasına da gəlirlər”.

AzNews.az xəbər verir ki, bunu tarix elmləri doktoru, professor Əli Həsənov “Facebook” hesabında Azərbaycan polisinə dəstək olaraq yazıb.

Əli Həsənov paylaşımında qeyd edir ki, gün ərzində hər bir insan bu və ya digər situasiya ilə rastlaşaraq polisə - qanun və asayiş keşikçisinə üz tutur: “Əşyası itən, kiminsə tərəfindən rahatlığı pozulan, hər hansı bir problemlə rastlaşan, maddi və mənəvi itkiyə məruz qalan hər kəs ilk növbədə ətrafına baxır və imdad üçün polis axtarır. Belə bir reallıq qarşısında dövlətin müəyyən etdiyi qayda-qanunlara əməl etməyə çağıran polisin üzərinə binadan müxtəlif əşyalar atan, asayiş keşikçilərinə həqarət yağdıran vətəndaşın zehniyyəti və səviyyəsi yalnız təəssüf doğurur. Bunun tək bir adı və qiyməti var - cahillik! Belələri bütün xalq tərəfindən qınanmalı və məzəmmət olunmalıdır! Sosial media seqmentlərində də bu cür eybəcər hallar təqdir deyil, əksinə məzəmmət olunmalı və qınanmalıdır. Öz polisinə - asayiş keşikçisinə əl qaldırmaq, son nəticədə dövlətə əl qaldırmaqdır!”