- Flash
- 3 Fevral 2021 17:07
- 7 737
Mikayıl Cabbarov: "DSMF-nin büdcə asılılığı azalıb"

Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və DSMF-nin büdcə asılılığı azalıb.
AzNews.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Belə ki, 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1% idisə, 2020-ci ildə bu göstərici 25%-dən azdır", - deyə nazir bildirib.