Şirkətin irqçi və qərəzli olduğu iddia edilir Şirkətin irqçi və qərəzli olduğu iddia edilir
  • Flash
  • 6 Mart 2021 18:32
  •  8 489

Facebooka qarşı şok ittihamla istintaq başladı

Şirkətin irqçi və qərəzli olduğu iddia edilir

ABŞ-ın Bərabər Məşğulluq Fürsəti Komissiyası tərəfindən aparılan araşdırmadan sonra Facebook sosial media platformasının işə qəbul və mükafatlandırma məsələsində irqçi və qərəzli olduğu iddia edilib.
Dünya liderlərinə qoyduğu senzuralarla gündəmə gələn Facebook bu dəfə işə götürmə və mükafatların ödənməsində irqçi yanaşma sərgilədiyi ittihamlarıyla üz-üzə qalıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Facebooka iş üçün müraciəti rədd edilmiş namizədlərin və hal-hazırda şirkətdə işləyən Oscar Venessi Jr. adlı menecerin müraciəti nəticəsində istintaq başladılıb.

İş üçün müraciət edən üç hüquqşünasla birgə şirkətin onlara qarşı ayrı-seçkilik etdiyini iddia edən idarəçi şəxs Amerika mətbuatına danışıb Bu şəxlərin vəkili də ayrı-seçkiliyin olduğunu iddia edib.

Xatırladaq ki, keçən ilin iyun ayında Facebook ABŞ-dakı işçilərinin 3,9 %-nin qaradərililərdən olduğunu açıqlamışdı.

AzNews.az