Müvafiq əmr imzalanıb Müvafiq əmr imzalanıb
  • Flash
  • 18 Mart 2021 12:30
  •  9 215

Vilayət Eyvazov iki mayora yüksək vəzifə verdi

Müvafiq əmr imzalanıb

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

AzNews.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.

E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.