Rusiyanın baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı ilə görüşüb Rusiyanın baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı ilə görüşüb
  • Flash
  • 20 May 2021 15:36
  •  8 118

Mixail Mişustin: "Moskva Bakı ilə əməkdaşlığa hazırdır"

Rusiyanın baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı ilə görüşüb

Rusiya koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

M.Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.

O deyib ki, Rusiya Federasiyası operativ şəkildə Azərbaycana xüsusi test sistemləri, tibb mütəxəssislərindən ibarət qruplar göndərib, mayda isə “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana göndərilib.

“Biz həmçinin sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını təşkil etməyə hazırıq”, - M.Mişustin deyib.