Bu gün atası tərəfindən qətlə yetirilən azyaşlı oğlanın anası Mahirə Abışova dəhşətli olayla bağlı bəzi məqamları açıqlayıb. Bu gün atası tərəfindən qətlə yetirilən azyaşlı oğlanın anası Mahirə Abışova dəhşətli olayla bağlı bəzi məqamları açıqlayıb.

Oğlunun başı kəsilən ana fəryad etdi: “Dünən balamla axırıncı dəfə danışdıq” (Foto)

Bu gün atası tərəfindən qətlə yetirilən azyaşlı oğlanın anası Mahirə Abışova dəhşətli olayla bağlı bəzi məqamları açıqlayıb.


AzNews.az-a açıqlama verən M.Abışova həyat yoldaşı Zahid İsgəndərovun içki aludəçisi olduğunu dilə gətirib: "8 ildi ki, bir yerdə yaşayırdıq. Həmişə dalaşırdıq, məni döyürdü, təhqir edirdi. Mən də məcburiyyət qarşısında qalıb atamın evinə qayıdırdım. Amma ayrılmırdım. Deyirdim ailədir də, yaxşı olar, düzələr. Amma axır vaxtlara mənlə çox tutuşmuşdu. İçkili gəlirdi, məni daha qəddarcasına döyürdü".

M.Abışovanın sözlərinə görə, həyat yoldaşı öldürdüyü oğlunu - Ümidi oğurlayıbmış: "Son davamızda qayıtdım, atamın evinə gəldim. Gəldi orada da döydü məni. Uşaqları oğurladı. Balaca uşağı saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi özündə saxladı. Tüfeyli həyat sürürdü. Nəticədə də balama qıydı. Neçə dəfə götürməyə getdik, amma dalaşdı, qaytarmadı. Dünən axırıncı dəfə oğlumla danışdım. Saat 6 olardı. Ondan sonra danışmamışıq.

İndi o qatili gətirsinlər, hamımızın gözünün önündə başını kəssinlər. Bəlkə onda ürəyimiz soyuyar"
.

Onu da bildirək ki, M.Abışova Z.İsgəndərovun ikinci həyat yoldaşıdır. Onun bundan əvvəlki həyat yoldaşından 2 övladı var imiş. Boşandıqdan sonra məhkəmə uşaqların anasında qalması ilə bağlı qərar qəbul edib.




Ziya, Nigar