Qadının qızıl oğurluğu anbaan kameraya düşüb. Oğru qadın 800 manatlıq qızıl qolbağını oğurlayıb. Qadının qızıl oğurluğu anbaan kameraya düşüb. Oğru qadın 800 manatlıq qızıl qolbağını oğurlayıb.

800 manatlıq qızıl oğurladı - Fotolar

Qadının qızıl oğurluğu anbaan kameraya düşüb. Oğru qadın 800 manatlıq qızıl qolbağını oğurlayıb.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, iyulun 14-də Gəncə şəhəri, Nizami küçəsindəki Mərkəzi Univermaqda oğurluq olub.

Kameraların qeydə aldığı videoda naməlum qadının oğurluq etməsi aydın görünür. Bu görüntülərdə o, 22 qram çəkisi olan qızıl qolbağını oğurlayaraq, Bəxtiyar Eminova 800 manat dəyərində ziyan vurub.

Zərərçəkmiş şəxs və polis həmin qadını tanıyanlardan hüquq-mühafizə orqanlarına məlumat verməklə istintaqın gedişinə yardım göstərmələrini xahiş edir.