- Köhnə - Günün fotosu
- 9 Sentyabr 2016 11:49
- 7 426
İdmançının olimpiya medalını oğurladılar - Foto
1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarının çempionu ABŞ idmançısı Co Ceykobinin qızıl medalı oğurlanıb.
AzNews.az xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında baş verib. Qarətçilər olimpiya çempionunun avtomobilindən medalla birlikdə çantasını, telefonunu və planşetini də aparıblar. Şahidlərin dediklərinə görə, 3 qaradərili adam maşının şüşəsini sındıraraq bu işi törədiblər. Hadisə müşahidə kameralarına düşüb. Olayla bağlı idmançının həyat yoldaşı sosial şəbəkə vasitəsilə açıqlama verib. O bildirib ki, polisin vasitəsilə oğurlanan əşyalar geri qaytarılsa da, medaldan hələ ki, xəbər yoxdur.
Xatırladaq ki, Ceykobi qızıl medalı Barselona-1992-də avarçəkmə yarışlarında qazanıb.
Aygün
