- Köhnə - Günün fotosu
- 2 Dekabr 2016 11:43
- 14 819
Mila Kunis 2-ci dəfə ana oldu
33 yaşlı aktrisa Mila Kunis 38 yaşlı həyat yoldaşı, məşhur aktyor Eşton Katçeri 2-ci dəfə ata edib.
AzNews.az xəbər verir ki, Hollivudun məşhur aktrisası Mila Kunis və aktyor Eşton Katçerin oğlan uşaqları dünyaya gəlib. Bu cütlüyün ikinci övladıdır. 2014-cü ildə məşhur ailədə bir qız dünyaya gəlmişdi.
Mila və Eştonun uşağa hansı ad qoyması hələ açıqlanmayıb.
Məşhur cürtlük Mila Kunis və Eşton Katçer 2011-ci ildən görüşməyə başlayıblar.