- Köhnə - Günün fotosu
- 16 Dekabr 2016 14:04
- 11 360
Neftçi İlham Qafarov dəfn edildi - Fotolar
O, Hacıqabul rayonunun Atbulaq kəndində torpağa tapşırılıb.
AzNews.az İstipress.com-a istinadən xəbər verir ki, ötən gün Xəzərdə estakadanın aşması nəticəsində həyatını itirən neftçi İlham Qafarov doğulduğu Atbulaq kəndində dəfn edilib.
Ələt qəsəbə sakini olan İ.Qafarovun 49 yaşı var idi. O, operator vəzifəsində çalışırdı.
Qeyd edək ki, onun meyitini FHN-nin hadisə yerinə yollanan "Qarabağ" gəmisi ötən gün günorta saatlarında tapmışdı.
Qafarov İlham Əlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. Üç uşaq atasıdır.


