Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib. Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib.

Ankarada Rusiya səfirinə silahlı hücum - Səfir ağır yaralanıb - Yenilənib - Foto

Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib.


AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti Ankarada Rusiyanın səfirliyinin mühafizəsini gücləndirib.

***
AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, hadisə yerinə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu gəlib.

Hücumun sabah Moskvada Türkiyə, Rusiya və İran arasında ediləcək Suriya mövzulu kritik yığıncaqdan əvvəl reallaşması maraq doğurur.

***
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Hadisə nəticəsində Karlovla birgə 3 nəfər də yaralanıb.

Müasir incəsənət mərkəzində polislə silahlı arasında atışma olub. Rusiya səfirini yaralayan şəxs zərərsizləşdirilib. Silahlının 20-25 yaş arası gənc olduğu bildirilir.

***
AzNews.az Hurriyete istinadən xəbər verir ki, diplomat ağır yaralanıb. Silahlı hücumdan sonra səfir xəstəxanaya yerləşdirilib.

Hadisə fotosərginin açılışında olub. Silahlı şəxs səfiri yaraladıqdan sonra havaya atəş açıb. Sərgiyə dəvət olunan şəxslər panika içində salonu tərk etməyə başlayıblar.

Rusiya səfirliyi hələki insidenti şərh etməyib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazirlik hücumla bağlı yaxın zamanda bəyənat verəcək.