Mütəxəssislər imkanlı şəxslərin diqqətini cəlb etmək üçün getdikcə daha çox lüks əşyalar ixtirak etməyə başlayıblar. Mütəxəssislər imkanlı şəxslərin diqqətini cəlb etmək üçün getdikcə daha çox lüks əşyalar ixtirak etməyə başlayıblar.

Varlılar üçün lüks sualtı qayıqlar – FOTOLAR

Mütəxəssislər imkanlı şəxslərin diqqətini cəlb etmək üçün getdikcə daha çox lüks əşyalar ixtirak etməyə başlayıblar.

AzNews.az seyyah.az-a istinadən xəbər verir ki, varlılar üçün növbəti belə «oyuncaq» lüks sualtı qayıqlardır. İndiyədək dünyadakı milyardçılar özlərinin superyaxtaları ilə – uzunluğu 200 metrə çatan nəhəng və içərisində hər şərait yaradılmış gəmiləri ilə öyünürdülər. İndi isə növbə sualtı qayıqlara çatıb.

Artıq belə super sualtı qayıqların hazırlanması ilə bir neçə şirkət məşğul olur.

Onlardan birinin uzunluğu 9 metrə çatır və o suyun 300 metr dərinliyinə enə bilir.

Qayıqdan əla müşahidə imkanı var, onu asanlıqla idarə etmək olar və qayıq səssiz üzür. Onun içərisində lüks şəraitin yaradıldığını isə demək artıqdır.