- Köhnə - Günün fotosu
- 1 Avqust 2017 11:22
- 15 165
Baş nazir kral ailəsinin qarşısında diz çökdü - Foto
Böyük Britaniyanın baş naziri Tereza Mey kral ailəsinin qarşısında diz çökərək salam verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə geniş marağa səbəb olub.
İngiltərədə kral ailəsi qarşısında diz çökərək salam vermək ənənəsi indi də davam edir.
Lakin buna qarşı çıxan kifayət qədər siyasi lider də var. Sabiq baş nazir Deyvid Kemeron kral ailəsinin qarşısında baş əyərək salam versə də, diz çökmürdü.
2015-ci ildə isə, Leyboristlər Partiyasının lideri Ceremi Korbin protokola əsasən, kraliçanın qarşısında diz çökməli olduğu üçün Məsləhət Şurasının iclasında iştirak etməkdən imtina etmişdi.



Bəxtiyar Abbasov
AzNews.az