“Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib. “Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib.

“Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsi başa çatdı - Fotolar

“Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib.

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Hakimlər Kollegiyasının qərarı ilə tapşırığı 2 dəqiqə 13 saniyəyə icra edən Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı birinci, 2 dəqiqə 20 saniyə nəticə ilə Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ikinci, 2 dəqiqə 21 saniyə nəticə ilə Rusiya HDD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı üçüncü, 2 dəqiqə 26 saniyə nəticə ilə İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı isə dördüncü yerə layiq görülüb.

“Dəniz kuboku - 2017” müsabiqəsinin sonuncu üçüncü mərhələsi avqustun 9-da keçiriləcək.

AzNews.az