- Köhnə - Günün fotosu
- 19 Sentyabr 2017 20:41
- 21 816
Bəxtsiz gözəllər – Fotolar

İlk gözəllik müsabiqəsi 1888-ci il 19 sentyabrda Belçikada keçirilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqədə 21 model iştirak edirdi. Lakin jüri yarışın qalibini modellərin fotoşəkillərinə əsasən müəyyən etdi. Həmin vaxtdan etibarən gözəllik yarışları yerli və beynəlxalq səviyyədə ənənəyə çevrilib.
Gözəl qadınlar, adətən dəbdəbəli həyat sürürlər. Onların həyatını sehrili nağıllara bənzədənlər də var. Lakin sonu faciə ilə bitən nağıllar da az deyil. Bəlkə də, həmin insanlar yenidən həyata gəlsə idilər, öz gözəlliklərini çirkin sima lakin uzun və xoşbəxt həyata dəyişərdilər. Nahaq demirlər ki, qızıldan taxtın olunca, qızıldan baxtın olsun.
AzNews.az həyatı faciə ilə nəticələnən dünya gözəllərini təqdim edir.
Aleksandra Petrova - Rusiya
2000-ci ildə 19 yaşında qətlə yetirilib.
Monika Spir - Venesuela
29 yaşında silahlı hücum nəticəsində öldürülüb.
Aqnyoşka Kotlyarska – Polşa
Ərini xilas etməyə çalışan zaman bıçaqla silahlanmış şəxs tərəfindən ürəyindən zərbə alaraq öldürülüb.
Mariya Xose Alvarado - Honduras
19 yaşlı model bacısı ilə birlikdə öldürülüb.
Svetlana Kotova – Rusiya
Mafiyanın hücumuna məruz qalaraq öldürülüb.
Eva Ekvall – Venesuela
2011-ci ildə 28 yaşında xərçəngdən dünyasını dəyişib.
Layna Keza – Afrika
29 yaşında sevgilisi tərəfindən bıçaqla öldürülüb.
Melodi Qerşbax – Filippin
24 yaşında avtobus qəzasında dünyasını dəyişib.
Henesis Karbona - Venesuela
22 yaşında silahlı hücumun qurbanı olub.
Mikaela Makarivi – İordaniya
Bal ayı keçirdiyi otelin vanna otağında ölmüş vəziyyətdə tapılıb.
Lesli Matstsara – ABŞ
Cadugərlər bayramını qeyd edən zaman öldürülüb.
Conbenet Remsi - ABŞ
6 yaşında dünya gözəli seçilən qızcığaz evinin zirzəmisində ölmüş vəziyyətdə tapılıb.
Mariya Susana Flores Qames - Meksika
2012-ci ildə narkotik tacirləri arasında baş verən atışmanın qurbanı olub.
Viveka Babaci - Hindistan
2010-cu ildə asılmış vəziyyətdə tapılıb.
Mariana Bridi da Koşta - Braziliya
2009-cu ildə nadir rast gəlinən xəstəlikdən dünyasını dəyişib.
Bəxtiyar Abbasov
AzNews.az