- Köhnə - Günün fotosu
- 25 May 2015 10:32
- 11 161
Bakıdakı dəhşətlə bağlı - Rəsm əsəri (Foto)
Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəvai Metin mayın 18-də Bakının Binəqədi rayonunun Azadlıq prospektində baş verən yanğın hadisəsini əsərə köçürüb.
Bu barədə AzNews.az-a rəssamın özü məlumat verib. Əsərin hazır olmağına baxmayaraq, N.Metin ona ad qoya bilməyib. N.Metinin fikrincə, bu əsər xalqın sənət adamı kimi onun faciəyə münasibətidir: "Zamanla bir neçə faciələrin şahidi olmuşuq. 20 yanvar, metroda partlayış, zəlzələ və s. Bu da həmin faciələrimizdən biridir. Amma bu faciə daha dəhşətlidir. Çünki bundan əvvəlki faciələrin birini ruslar törətdi, birini kamikadze, biri də ki, təbii fəlakət. Bu faciə isə bizim bəzi küt məmurların günahı üzündən, hərisliyinin ucbatından baş verdi".

Bahar RÜSTƏMLİ
AzNews.az