Məlum olduğu kimi, dünən Yeni Azərbaycan Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Məlum olduğu kimi, dünən Yeni Azərbaycan Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.

YAP-ın Aysel Əlizadəsi- FOTOLAR

Məlum olduğu kimi, dünən Yeni Azərbaycan Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.


AzNews.az xəbər verir ki, hakim partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizədliyini irəli sürdüyü şəxsi - Əlizadə Aysel İsmayıl qızını yazar Aysel Əlizadəylə səhv salanlar olub.

Xatırladaq ki, gənc yazar da eyni dairədən, lakin 125-lər seçki blokundan namizədliyini verib. Məsələ ilə bağlı YAP-dan verilən məlumata görə, onların namizədi 1989-cu ildə İsmayıllıda doğulub. 2006-cı ildə Bakı şəhər 135 saylı tam orta məktəbi bitirib. Təfəkkür Universitetinin məzunudur. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan A.Əlizadə 2014-cü ildə bələdiyyə üzvü seçilib.

AzNews.az Aysel Əlizadənin fotolarını əldə edib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq xanım namizədin şəkillərini təqdim edirik: