Sabahdan etibarən Dövlət Gömrük Komitəsində atestasiya keçirilməsinə başlanılır. Sabahdan etibarən Dövlət Gömrük Komitəsində atestasiya keçirilməsinə başlanılır.

Gömrük Komitəsində təşviş - Atestasiya, yoxsa kütləvi ixtisarlar?

Sabahdan etibarən Dövlət Gömrük Komitəsində atestasiya keçirilməsinə başlanılır.


AzNews.az-a daxil olan məlumata görə, heç bir xəbərdarlıq edilmədən keçirilən atestasiya qurumun əməkdaşları arasında həyəcana səbəb olub. Belə ki, gömrükçülər bu atestasiyanın əslində kütləvi ixtisarların həyata keçirilməsi üçün vasitə olduğunu düşünürlər.

Məlumata görə, ilk olaraq sabah Bakı Baş Gömrük İdarəsinin əməkdaşları atestasiyadan keçiriləcəklər. Atestasiyanın nəticələrindən asılı olaraq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının 40 faizi ixtisar olunacağına dair də fikirlər səsləndirilir.

AzNews.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Qurumdan atestasiyanın keçirilməsini təsdiqləyiblər. Lakin bildirilib ki, burada kütləvi ixtisarlar barədə yaranan ajiotaj tamamilə əsassızdır: "Atestasiyanın keçirilməsi savadlı kadrların müəyyən olunması və onların qabağa çəkilməsi məqsədi daşıyır. Komitədə kütləvi ixtisarların həyata keçirilməsindən söhbət gedə bilməz".

Qeyd edək ki, son zamanlar Azərbaycandan fəal sürətdə aparılan antiböhran siyasəti bəzi qurumların ləğv ediməsi və ya birləşdirilməsilə nəticələnib. Eyni zamanda bir sıra qurumlarda kütləvi ixtisarlar həyata keçirilib. Lakin, prezident İlham Əliyev son çıxışında dövlət şirkətlərini və sahibkarları mümkün qədər ixtisarlardan çəkinməyə çağırıb: "Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər".