Üç otaqlı ev yandı - Sumqayıtda

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 40 kv.m olan vaqon tipli 3 otaqlı evin taxta üzlüyü və əşyaları yanıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.