Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyev iflic olub. Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyev iflic olub.

İlham Mirzəyev iflic olub? - Vəkilindən açıqlama (Yenilənib 2)

Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyev iflic olub.


AzNews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, məlumatı müğənni Xəyyam Nisanov yayıb. Onun sözlərinə görə, İ.Mirzəyev iflic olub və sol tərəfi işləmir: "Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin".

Xatırladaq ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.

Lakin İlham Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Buna baxmayaraq, Hərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.

Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.


15:04
***



Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Xəyyam Nisanov belə bir aparıcını şəxsən tanımadığını deyib: "Mən belə bir aparıcını şəxsən tanımıram. Sadəcə eşitmişəm ki, İlham Mirzəyev adlı aparıcı var. Adımdan yazılan məlumat da yalandır. Mən elə informasiya verməmişəm".

15:17
***


İlham Mirzəyevin səhhətində heç bir problem yoxdur.

Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır: "Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur".