Xosrov Mustafayevin azadlığa çıxmasına bir neçə ay qalırdı Xosrov Mustafayevin azadlığa çıxmasına bir neçə ay qalırdı

“Musto” ləqəbli veteran türmədə öldü

Xosrov Mustafayevin azadlığa çıxmasına bir neçə ay qalırdı



İki dəfə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsinin iştirakçısı, Goranboydakı 157 saylı briqadanın komandir müavini Xosrov Mustafayev bu gün - noyabrın 6-da cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində vəfat edib. Bu barədə haqqin.az saytı məlumat yayıb.

Adı siyasi məhbus siyahısında olan Xosrov Mustafayev 1995-ci il, martın 17-də XTPD-nin ("OMON") Bakıdakı bazasının ləğvində iştirak etməkdən boyun qaçırdığına görə uzun müddət axtarışda olub.

Hüquq müdafiəçilərinin təqdimatı ilə Xosrov Mustafayevin adı Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbuslar siyahısına salınmışdı. Onun ölümünün səbəbləri hələlik bəlli deyil. Amma onu deyək ki, Xosrov Mustafayevin azadlığa çıxmasına bir neçə ay qalırdı.

AzNews.az