Bir neçə ay əvvəl talanan evində -Yanaraq öldü

Bu gecə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində ikimərtəbəli fərdi ev yanıb.


AzNews.az-ın Report-a istinadən məlumatına görə, yanğın nəticəsində evin sahibi, 1953 təvəllüdlü Hacıyeva Nəzakət Hacıağa qızı dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Evin 54 kv. metr sahəsi yanıb. Yanğın söndürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları və prokurorluq işçiləri araşdırma aparır.

Xatırladaq ki, bir neçə ay əvvəl həmin evdə kirayəşin qalan şəxslər ev sahibinin əl-qolunu bağlayaraq oğurluq etmişdi. Xaçmaz polisi həmin şəxsləri saxlayaraq məsuliyyətə cəlb etmişti.