İnterpol azərbaycanlı qadını Gürcüstanda tutdu

Gürcüstan-Türkiyə sərhədindəki Sarpi gömrük məntəqəsində gürcü polisi İnterpolun xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Zemfira İsmayılovanı saxlayıb.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, o, İnterpolun xətti ilə Azərbaycan hakimiyyəti tərəfindən insan alverinin təşkilində günahlandırılaraq axtarışa verilib. İsmayılova Sarpidə emiqrasiya nəzarətindən keçərkən saxlanılıb.

"Hazırkı mərhələdə Gürcüstan hüquq mühafizəçiləri azərbaycanlı həmkarları ilə birlikdə ekstradisiya prosedurunu həyata keçirilər", - Gürcüstan DİN-dən bildirilib.

AzNews.az