Avtomobil yol ayırıcısına çırpıldı - 3 ölü (Yeniləndi, Foto)

Bakı-Qazax yolunda baş vermiş ağır qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.


AzNews.az-ın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, Niyaməddin Vəliyev xəstəxanada dünyasını dəyişib.

***
13:18

Qazax şəhərində avtomobil yol ayırıcısına çırpılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-də saat 23 radələrində Qazax şəhərində rayon sakini Elfaq Bəyimov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini Şirxan Əhmədov hadisə yerində ölüb, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.