Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

İki maşın toqquşdu - 3 nəfər yaralandı

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Fizuli rayon sakini, 32 yaşlı Elşad Adil oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Beyləqan rayon sakini 30 yaşlı Rəşad İsmayıl oğlu İsmayılzadənin idarə etdiyi "VAZ-2106" markalı maşın toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsinin sürücüsü və" VAZ" markalı maşında olan sərnişin, sürücünün həyat yoldaşı 24 yaşlı Xavər Sübhi qızı İsmayilzadə aldıqları xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.