Paytaxtın Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb. Hadisə gecə saatlarında baş verib. Paytaxtın Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb. Hadisə gecə saatlarında baş verib.

Bakıda sərnişin avtobusu qəzaya düşdü

Paytaxtın Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb. Hadisə gecə saatlarında baş verib.


49 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Ramiz Qəmbərov küçəsi ilə hərəkətdə olarkən avtobusun əyləc sistemində nasazlıq yaranıb. Bunu görən sürücü sərnişinləri düşürüb. Yol yoxuş olduğundan avtobus arxaya hərəkət edib, əyləc işləmədiyindən sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib.

Avtobus arxadan gələn avtomobillərə çırpılacağından sürücü maşını bardürlərə vuraraq saxlamaq istəyib. Lakin yoldan çıxan avtobusun aşmaq təhlükəsi yaranıb. Hadisə yerinə yol polis əməkdaşları gəlib, əraziyə ağır texnika cəlb olunub.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Kəpəz TV